Modern.az

Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”

Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”

Dünya

27 Oktyabr 2022, 13:04

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb.

 

Modern.az bildirir ki, bu barədə NTV məlumat yayıb.

 

Yıldırım qəza ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

“Düz bir həftə əvvəl, oktyabrın 20-də prezident Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar nümayəndə heyəti olaraq bir günlük səfərə çıxdıq. Maşınımız geri dönərkən qəzaya uğradı. Ağır qəza oldu, bir az salto etdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb edən kəsik yarandı. Bunun üçün 2 əməliyyat lazım idi. Qabırğamda da 2 sınıq var, onlar da zamanla sağalacaq. Müalicəmizə evdə davam edəcəyik", - Yıldırım qeyd edib.

 

Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər.  Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI