Modern.az

Rusiyanın 17.5 milyard avro aktivi dondurulub 

Rusiyanın 17.5 milyard avro aktivi dondurulub 

Dünya

27 Oktyabr 2022, 18:54

Avropa ölkələri Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Kristian Viqand məlumat verib.

 

Bura Avropa İttifaqının (Aİ) sanksiya siyahısında olan 1350 nəfər şəxs və təşkilatın aktivləri daxildir.

 

Bu məbləğin böyük hissəsi yeddi Aİ ölkəsi - Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriya tərəfindən dondurulub. Macarıstan cəmi bir neçə min avronu dondurub.

 

Dondurulmuş aktivlərin Ukraynanın yenidən qurulması məqsədilə istifadə edilməsi üçün müsadirə edilməsi planlaşdırılır. Lakin bunun üçün hüquqi əsas tələb olunur.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI