Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson beynəlxalq arenada Ukrayna üçün “Marşal Planı”nı təbliğ etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə "TheTelegraph" nəşri yazıb.
Bildirilir ki, Conson Vestminsterdə ofis açıb və orada Ukraynaya dəstək fondu yaratmağı planlaşdırır.
Qeyd edək ki, Conson Ukraynaya hərbi dəstəyin artırılmasının tərəfdarıdır və bununla bağlı dəfələrlə Qərb ölkələrinə çağırış edib.
Akif İsmayılov