ABŞ Müdafiə Nazirliyi ölkənin 2022-ci il üçün Milli Müdafiə Strategiyasının tam versiyasını dərc edib.
Modern.az xəbər verir ki, sənəd Pentaqonun saytında yerləşdirilib.
Strategiyada Rusiya "kəskin təhlükə", Çin isə "əsas çağırış" adlandırılıb.
ABŞ-ın 80 səhifəlik Milli Müdafiə Strategiyasının gizli versiyası mart ayında Pentaqon tərəfindən ABŞ Konqresinə təhvil verilib. ABŞ Müdafiə Nazirliyi bildirib ki, tam versiya ciddi dəyişikliklərə məruz qalmayıb.
Departament qeyd edib ki, Rusiya Ukraynada hərbi əməliyyata başlayandan bəri ABŞ Kiyevə 17 milyard dollardan çox hərbi yardım göndərib, döyüşlər Rusiya qüvvələrini ciddi şəkildə zəiflədib və Moskva nüvə silahından istifadə etməklə hədələyir.
ABŞ-ın Milli Müdafiə Strategiyasının mərkəzi elementi düşmənin “hərtərəfli çəkindirilməsi”, bütün Amerika hökumətinin hərbi, diplomatik və iqtisadi rıçaqlarının koordinasiya edilməsidir.
Akif İsmayılov