Türkiyə ordusu Suriyanın şimalında terrorçulara ağır zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalında yerləşən əməliyyat bölgələrində 13 terrorçu zərərsizləşdirilib.
Nazirlik terrorçuların cəzasız qalmayacağını bəyan edib.
Akif İsmayılov