Modern.az

Rusiyada qismən səfərbərlik BAŞA ÇATDI 

Rusiyada qismən səfərbərlik BAŞA ÇATDI 

Dünya

28 Oktyabr 2022, 18:20

Rusiya Federasiyasında qismən səfərbərlik başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

 

O, Prezident Vladimir Putinə məruzəsində bildirib ki, 300 min nəfərin səfərbərliyə cəlb edilməsi barədə tapşırıq yerinə yetirilib.

 

Nazirin sözlərinə görə, proses çərçivəsində 13 min nəfər könüllü olaraq orduya yazılıb. Səfərbərliyə cəlb edilənlərin orta yaşı 35 olub.

 

Şoyqu onu da bildirib ki, 82 000 səfərbər edilmiş hərbi qulluqçu münaqişə zonasındadır, daha 218 000 nəfər isə təlimlərdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI