Modern.az

Kanadadan Rusiyaya qarşı yeni sanksiyalar

Kanadadan Rusiyaya qarşı yeni sanksiyalar

Dünya

28 Oktyabr 2022, 20:09

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın 6 şirkəti və 35 vətəndaşı "qara siyahı"ya salınıb.

 

Sanksiya siyahısına LUKOIL, "Transoil", SOGAZ daxil edilib. Baş nazirin müavinləri Aleksandr Novak, Denis Manturov, energetika naziri Nikolay Şulqinov, həmçinin “Qazprom”un əməkdaşlarına da məhdudiyyətlər qoyulub.

 

Bundan əlavə, “Qazprom”un direktorlar şurasının rəhbəri Viktor Zubkov, icraçı direktor Vitali Markelov və şirkət nümayəndəsi Sergey Kupriyanova qarşı sanksiya tətbiq edilib. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI