Modern.az

ABŞ-dan Ukraynaya yeni hərbi yardım PAKETİ

ABŞ-dan Ukraynaya yeni hərbi yardım PAKETİ

Dünya

28 Oktyabr 2022, 21:30

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumatı ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq yayıb.

 

Yardımın həcmi 275 milyon dollardır. Paketə 155 mm çaplı 500 idarə olunan artilleriya mərmisi, 1300-dən çox tank əleyhinə sistem, 125 ədəd "Humvee" zirehli texnikası və kiçik silahlar, 2,75 milyon ədəddən çox döyüş sursatı və rabitə üçün dörd peyk antenası daxildir.

 

O, həmçinin bildirib ki, ukraynalıların NASAMS hava hücumundan müdafiə sistemlərindən istifadəyə hazırlığı tezliklə başa çatacaq.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI