Modern.az

Putinin yanaşması çox təhlükəlidir - Bayden

Putinin yanaşması çox təhlükəlidir - Bayden

Dünya

28 Oktyabr 2022, 23:30

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin Ukraynada nüvə silahından istifadə etmək niyyətində olmadığına dair sözlərinə şübhə ilə yanaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bayden "NewsNation"a müsahibəsində danışıb.

 

O, Rusiya prezidentinin ritorikasını təhlükəli hesab edir.

 

“Əgər Putinin belə bir niyyəti yoxdursa, niyə bu barədə danışır? Niyə o, taktiki nüvə silahlarından istifadə etmək qabiliyyətindən danışır? Onun bu məsələyə yanaşması çox təhlükəlidir”, - ABŞ prezidenti bildirib.

 

Oktyabrın 27-də “Valday” klubunun sessiyasında çıxış edən Vladimir Putin bildirib ki, Rusiya nüvə silahından istifadənin mümkünlüyü barədə heç nə deməyib, ancaq Qərb liderlərinin nüvə şantajına cavab verib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI