Modern.az

Təyyarə xarab oldu, baş nazir Antarktidada qaldı

Təyyarə xarab oldu, baş nazir Antarktidada qaldı

Dünya

29 Oktyabr 2022, 00:17

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Antarktidaya səfər edib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, Antarktidada ölkənin elm adamları ilə görüşüb və tarixi əhəmiyyətə malik yerlərə baş çəkib.

 

Baş nazir səyahəti bitirib cümə günü Yeni Zelandiyaya qayıtmalı idi. Ancaq onu gətirən təyyarədə nasazlıq aşkar edilib və Antarktidada bir gün keçirmək məcburiyyətində qalıblar.

 

Ardern və onunla birlikdə səyahət edən şəxslər şənbə günü C-13 "Hercules" hərbi təyyarəsi ilə geri dönəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI