Modern.az

Makron və Sunak Ukraynanı müzakirə etdilər

Makron və Sunak Ukraynanı müzakirə etdilər

Dünya

29 Oktyabr 2022, 00:42

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

 

Telefon danışığı zamanı liderlər Ukrayna münaqişəsini müzakirə ediblər. Tərəflər, həmçinin nüvə enerjisi sahəsində əməkdaşlıq və La-Manş boğazı vasitəsilə Britaniyaya qayıqla gələn miqrantlarla bağlı vəziyyət barədə fikir mübadiləsi aparbılar.

 

Makron və Sunak Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI