Modern.az

Klaar İrəvanda Türkiyəni müzakirə etdi

Klaar İrəvanda Türkiyəni müzakirə etdi

29 Oktyabr 2022, 19:36

Oktyabrın 29-da Ermənistan parlamenti sədrinin müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

 

Rubinyan Klaara normallaşma prosesi ilə bağlı erməni tərəfinin mövqeyini təqdim edib.

 

Görüşdə regional vəziyyətlə bağlı məsələlər də müzakirə olunub.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI