Modern.az

BMT Rusiyanın taxıl sazişi ilə bağlı qərarına münasibət bildirdi 

BMT Rusiyanın taxıl sazişi ilə bağlı qərarına münasibət bildirdi 

29 Oktyabr 2022, 22:17

BMT Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik danışıb.

 

Onun sözlərinə görə, Rusiyanın taxıl sazişində iştirakını dayandırmaq qərarı ilə bağlı təşkilat Moskva ilə əlaqə saxlayır.

 

Düjarrik, həmçinin vurğulayıb ki, tərəflərin mühüm humanitar təşəbbüs olan və bütün dünyada milyonlarla insanın ərzağa çıxışına müsbət təsir göstərən Qara dəniz taxıl təşəbbüsünü təhlükə altına sala biləcək istənilən hərəkətdən çəkinmələri vacibdir.

 

Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI