Modern.az

Bağdadda partlayış - 8 ölü, 20 yaralı

Bağdadda partlayış - 8 ölü, 20 yaralı

29 Oktyabr 2022, 23:18

İraqın paytaxtı Bağdad şəhərinin şərqində partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində 8 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Mənbələrin bildirdiyinə görə, partlayış futbol stadionu və kafenin yaxınlığında baş verib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI