Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı 140 nəfəri keçib.
Modern.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, Divali festivalı qeyd edilərkən yaranmış sıxlıq nəticəsində körpü çöküb. Hadisə zamanı itkin düşənlərin əksəriyyəti uşaqlar və qocalardır. Ölənlərin sayının artacağı istisna edilmir.
İndiyədək 177 nəfər xilas edilib, 19 nəfər isə ağır xəsarətlər alıb.
***
21:55
Hindistanın Qucarat ştatında körpünün uçması nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə NDTV televiziyası məlumat yayıb.
Son məlumatlara görə, hadisə zamanı 91 nəfər həlak olub, 70 nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib.
***
19:44
Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub, hadisə həmin vaxt baş verib. Körpü dağılıb və 100-dən çox insan su altında qalıb.
***
Hindistanın Qucarat ştatında körpü uçub.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində yüzlərlə insan çaya düşüb.
Bildirilib ki, hadisə zamanı azı 32 nəfər ölüb, çoxlu sayda itkin düşən və yaralı var.
Hadisə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. Körpü 140 il əvvəl tikilib, daha sonra bərpa edilib və cəmi dörd gün öncə ziyarətçilər üçün açılıb.
Akif İsmayılov