Modern.az

Rusiyadan Soçi görüşü barədə yeni AÇIQLAMA 

Rusiyadan Soçi görüşü barədə yeni AÇIQLAMA 

Dünya

30 Oktyabr 2022, 20:47

“Moskva hesab edir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin sabah Soçidə keçiriləcək üçtərəfli görüşü Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə imkan verəcək”.


Modern.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.


"Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı sabah Soçidə keçiriləcək görüşdə müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlərin, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda hansısa formada irəliləyişə səbəb olacaq”, - Rusiya XİN rəhbərinin müavini bildirib.


Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib. Oktyabrın 31-də Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI