Almaniya və Avropa İttifaqı (Aİ) İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıya bilər.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok ARD telekanalına müsahibəsində deyib.
O bildirib ki, hazırda bu barədə araşdırma aparılır.
"Mən keçən həftə açıqladım ki, biz daha bir sanksiya paketini işə salacağıq, İnqilab Keşikçilərini necə terror təşkilatları siyahısına sala biləcəyimizi araşdıracağıq", - nazir deyib.
Qeyd edək ki, SEPAH ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.
Akif İsmayılov