İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı məlumat verib.
İranlı nazir Qalibafın Bakıya nə zaman gələcəyini açıqlamayıb.
Abdullahian səfərin iki ölkənin əlaəqlərinin inkişafında müsbət rol oynayacağını bildirib.