Modern.az

Qərb silah verməsə, Zelenski danışıqlar masasına oturar - Berluskoni 

Qərb silah verməsə, Zelenski danışıqlar masasına oturar - Berluskoni 

Dünya

31 Oktyabr 2022, 00:50

Qərb silah əvəzinə Ukraynanın bərpası üçün kömək təklif etsə, Prezident Volodimir Zelenski Rusiya ilə danışıqlar masasına otura bilər.

 

Modern.az İtaliyanın "Anca" agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib.

 

“Ola bilsin ki, nə vaxtsa Ukrayna artıq silah və yardıma arxalana bilməyəcəyini başa düşsə və əvəzində Qərb ona dağılmış şəhərlərini bərpa etmək üçün yüz milyardlarla dollar ayıracağını vəd etsə, bu halda, Zelenski, bəlkə də, danışıqlar masası arxasına əyləşməyə razılaşa bilər”, - Berluskoni deyib.

 

O, Rusiya prezidenti Vladimir Putinin “dinc insan” olduğunu bildirib və qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatın əvvəlində vəziyyəti düzəltmək üçün iki dəfə “uğursuz” cəhd edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI