Modern.az

Blinken Çinin XİN rəhbərilə danışdı

Blinken Çinin XİN rəhbərilə danışdı

Dünya

31 Oktyabr 2022, 07:53

ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vang Yi arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin mətbaut xidmətindən bildirilib.

 

"Dövlət katibi açıq kommunikasiya xətlərinin saxlanması və ABŞ ilə Çin arasında münasibətlərin məsuliyyətlə qurulmasının zəruriliyini müzakirə edib", - məlumatda deyilir.

 

Həmçinin qeyd edilib ki, Blinken Ukraynadakı vəziyyətə də toxunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI