Modern.az

Kiyevə raketlərlə hücum edildi

Kiyevə raketlərlə hücum edildi

Dünya

31 Oktyabr 2022, 10:48

Oktyabrın 31-i bazar ertəsi səhər saatlarında rus işğalçıları Ukrayna şəhərlərinə raket zərbəsi endiriblər.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nikolaev OVA-nın rəhbəri Vitali Kim məlumat evrib.

 

O qeyd edib ki, bölgə üzərindən şimal və şimal-qərb istiqamətində raketlər keçib. Yarım saat sonra, təxminən saat 08:30 radələrində bölgəyə daha bir qrup raketin uçuşu barədə məlumat daxil olub. Krivoy Roq ROA-nın rəhbəri Aleksandr Vilkul da bu istiqamətdə raketlər qrupunun buraxıldığını açıqlayıb. O, həmçinin səhər saat 9:30 radələrində mümkün növbəti raket zərbələri barədə xəbərdarlıq edib.

 

Daxili işlər nazirinin müşaviri Anton Geraşenko Ukrayna səmasında havada düşmənin 40 raketinin olması barədə məlumatın olduğunu söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI