"Twitter" təsdiqlənmiş hesabı (göy işarə) olan şəxslərdən ayda 20 dollar pul ala bilər.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkə platformasının yeni sahibi İlon Mask tapşırıq verib.
Mask sözügedən prosesi işə salmaq üçün əməkdaşlarına vaxt verib. Onlara, yeni qaydalar noyabrın 7-nə qədər işə salınmayacağı təqdirdə işdən çıxarılacaqlarını bildirib.
Elmar Hüseynov