Modern.az

Putin Qarabağ məsələsinin həllində ümidlidir

Putin Qarabağ məsələsinin həllində ümidlidir

Dünya

31 Oktyabr 2022, 16:08

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə Qarabağ probleminin nizamlanmasında irəliləyişə ümid etdiyini bildirib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri bu istiqamətdə danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

 

“Biz bu gün bütün bu məsələlərlə bağlı danışmalıyıq. Mən həqiqətən ümid edirəm ki, bu gün nizamlanma istiqamətində irəliyə doğru addım ata biləcəyik”, - Putin Paşinyanla danışıqlar zamanı deyib.

 

Qeyd edək ki, bu gün Rusiya, Ermənistan və Azərbaycan liderləri Soçidə üçtərəfli görüş keçirəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI