Modern.az

İran iğtişaşlara görə 1000 nəfəri İTTİHAM EDİR

İran iğtişaşlara görə 1000 nəfəri İTTİHAM EDİR

Dünya

31 Oktyabr 2022, 18:12

Tehranda baş verən iğtişaşlarda ittiham olunan 1000-ə yaxın şəxsin məhkəməsi açıq keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Tehranın baş hakiminə istinadən məlumat yayıb.

 

"Son hadisələrdə təxribat törədən, o cümlədən mühafizəçilərə hücum edən və ya öldürən, ictimai əmlakı yandıran 1000-ə yaxın adamın məhkəməsi keçiriləcək", - agentlik bildirib.

 

Baş hakim məhkəmələrin bu həftəyə təyin edildiyini və açıq şəkildə keçiriləcəyini vurğulayıb.

 

Bundan əvvəl "İrna" xəbər agentliyi Tehranda 315 etirazçının ittiham olunduğu, ən azı beşinin edam ilə nəticələnə biləcək cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.

 

Qeyd edək ki, ötən ay 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranda kütləvi etiraz aksiyaları başlayıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI