"Instagram" sosial şəbəkəsində problemlər yaranıb.
Modern.az xəbər verir ki, bu barədə sosial mediaları izləyən "Down detector" portalı məlumat yayıb.
Azərbaycanda böyük izləyicisi olan səhifələr kütləvi şəkildə silinib və ya izləyiciləri azalıb.
Şirkət problemdən xəbərdar olduqlarını və həll etmək üçün işlərin davam etdiyini açıqlayıb.
Proqramlə bağlı ən çox şikayət ABŞ-dan olan hesab sahiblərindən gəlib. Böyük Britaniya, Almaniya, Kanada, Fransa, İtaliya, Niderland, İspaniya və Avstraliyada yaşayan istifadəçilər də problemlə üzləşdiklərini bildiriblər.