Modern.az

Belarus Rusiya ilə birgə hərbi təlim mərkəzi yaradır 

Belarus Rusiya ilə birgə hərbi təlim mərkəzi yaradır 

Dünya

31 Oktyabr 2022, 21:48

Belarus Rusiya ilə birgə hərbi təlim mərkəzləri yaratmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenkoya yaxın teleqram kanalı məlumat yayıb.

 

Bildirilir ki, Lukaşenko Rusiya ilə hərbi personal üçün birgə təlim mərkəzlərinin yaradılmasına dair saziş layihəsini təsdiq edən fərman imzalayıb.

 

Bundan əvvəl Lukaşenko Belarusda 9 min rus əsgərinin yerləşdiriləcəyini gözlədiyini bildirib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI