ABŞ prezidenti Co Bayden Braziliyanın yeni seçilən prezidenti Luiz İnasio Lula da Silvaya zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bayden seçkilərdə qazandığı qələbə münasibəti ilə onu təbrik edib.
Bayden və Lula ikitərəfli münasibətləri müzakirə edib, ümumi problemləri həll etmək üçün tərəfdaş kimi işləməyə davam etmək öhdəliyi götürüblər.
Akif İsmayılov