Modern.az

Son sutkada 650 rus hərbçi məhv edilib - Ukrayna

Son sutkada 650 rus hərbçi məhv edilib - Ukrayna

Dünya

1 Noyabr 2022, 11:18

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibədə ümumi döyüş itkiləri barədə son məlumatlar açıqlanıb.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

"Fevralın 24-dən indiyədək 72 470 işğalçı ləğv edilib ki, onlardan da 650-si son sutka ərzindədir. Son sutka ərzində düşmən ən böyük itkiləri Avdeyevski və Baxmut istiqamətlərində verib", - Baş Qərargahdan bildirilib.

 

Eyni zamanda qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən sutka ərzində Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri və 1 təyyarəsi vurulub:

 

"Rusiyanın digər döyüş itkiləri 2 698 tank, 5 501 zirehli maşın, 1 730 artilleriya sistemi, 383 reaktiv yaylım atəşi sistemi, 197 hava hücumundan müdafiə sistemi, 276 təyyarə, 257 helikopter, 1 415 operativ-taktiki PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 1443 avtomobil və avtoçən, 154 xüsusi texnikadan ibarətdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI