Modern.az

Çavuşoğlu Lavrovla taxıl dəhlizindən DANIŞDI

Çavuşoğlu Lavrovla taxıl dəhlizindən DANIŞDI

Dünya

1 Noyabr 2022, 21:17

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Ukraynadan taxılın daşınması məsələsi müzakirə olunub.

 

Qeyd edək ki, Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının daşınması üçün BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilən sazişdə iştirakını dayandırıb. Rəsmi Moskva Kiyevi taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edir. 

 

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb. Türkiyə və Rusiya müdafiə nazirləri də taxıl dəhlizini müzakirə ediblər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI