Modern.az

İran Ermənistana qaz ixracını iki dəfə artırır

İran Ermənistana qaz ixracını iki dəfə artırır

Dünya

1 Noyabr 2022, 21:58

İranın Ermənistana qaz ixracı iki dəfə artacaq.

 

Modern.az xəbər verir ki, bu barədə İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgni məlumat verib.

 

O qeyd edib ki, bu gün Ermənistanın baş nazirinin İrana səfəri ilə eyni vaxtda bu ölkə ilə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə yanaşı, elektrik enerjisi və qaz mübadiləsi müqaviləsinin 2030-cu ilə qədər uzadılmasına dair razılıq əldə olunub.

 

Çəgni qeyd edib ki, hazırda İran Ermənistana gündəlik bir milyon kubmetr qaz ixrac edir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI