Modern.az

Tayvanda güclü zəlzələ oldu

Tayvanda güclü zəlzələ oldu

Dünya

1 Noyabr 2022, 22:44

Tayvan adasında zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Meteorologiya Bürosunun Seysmologiya Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, 5,7 bal gücündə zəlzələnin episentri Tayvan adasının şimal-şərqindəki Yilan şəhərindən 78,4 kilometr uzaqlıqda qeydə alınıb.

 

108,7 kilometr dərinlikdə baş verən zəlzələnin yaratdığı təkanlar adanın şimal-şərqindəki Yilan və Hualien şəhərləri ilə yanaşı, şimalda Taypey və ətraflarında da hiss olunub.

 

Bundan əvvəl sentyabrın 18-də Tayvanın cənub-şərqindəki Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 164 nəfər yaralanıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI