Modern.az

İsrail seçkiləri: Netanyahu hakimiyyətə qayıda bilər 

İsrail seçkiləri: Netanyahu hakimiyyətə qayıda bilər 

Dünya

2 Noyabr 2022, 00:51

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu yenidən hakimiyyətə qayıda bilər.

 

Modern.az xəbər verir ki, bu, İsrailin üç aparıcı telekanalının Knesset seçkilərinin nəticələrinə dair dərc etdiyi "exit-poll" hesabatlarında məlum olub.

 

Hesablamalara görə, Netanyahunun Likud partiyasının rəhbərlik etdiyi sağçı siyasi blok 120 mandatdan 61- 62-sini, yəni yarısından çoxunu qazana bilər. Bu, parlament çoxluğu əldə etmək və hökuməti formalaşdırmaq üçün kifayətdir.

 

İsrail mediasının keçirdiyi sorğulara əsasən, Likud 30-31 mandat qazana bilər. 

 

Benyamin Netanyahunun rəqiblərindən olan İsrailin hazırkı baş naziri Yair Lapidin rəhbərlik etdiyi Yeş Atid partiyası isə 22-24 mandat qazana bilər.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI