ABŞ prezidenti Co Bayden növbəti dəfə gülüş hədəfi olub.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Floridada çıxışı zamanı Ukrayna ilə İraqı səhv salıb.
Bayden bildirib ki, İraqdakı müharibə və Rusiyanın hərəkətləri nəticəsində neft qiymətlərinin oynamasına görə inflyasiya qlobal problemə çevirilib.
ABŞ lideri sonradan səhv etdiyini anlayaraq, “ Bağışlayın, müharibə Ukraynadadır”, - deyə əlavə edib.
Xatırladaq ki, ABŞ lideri dəfələrlə ictimai çıxışlarda səhvlərə yol verib.