Modern.az

Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək - RƏSMİ

Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək - RƏSMİ

Dünya

2 Noyabr 2022, 18:11

Rusiya Xarici İşlər Nazirliyi ölkənin nüvə silahından istifadə edəcəyi ilə bağlı xəbərlərə reaksiya verib.

 

Modern.az xəbər verir ki, nazirlik Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi prinsipini rəhbər tutduğunu bildirib.

 

"Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər", - açıqlamada deyilir.

 

“Biz 3 yanvar 2022-ci il tarixindən etibarən nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatına sadiqliyimizi bir daha təsdiqləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI