Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə tərəfi yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib. Bundan əlavə, taxıl dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb.
Blinken Türkiyənin təşəbbüsləri nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasına görə həmkarına təşəkkür edib.