Modern.az

Qırğızıstan Türkiyədən zərbə PUA-ları ALIR

Qırğızıstan Türkiyədən zərbə PUA-ları ALIR

Dünya

2 Noyabr 2022, 19:55

Qırğızıstan Türkiyədən daha bir model pilotsuz uçuş aparatları (PUA) almağa qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev özünün "Facebook" səhifəsində məlumat yayıb.

 

“İndi “Aksunqur” da bizimdir!”, - o yazıb.

 

“Aksunqur” Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən zərbə tipli PUA-dır. Sistem uzun müddət havada qala və hədəflərinə dəqiq zərbə endirə bilir. Qırğızıstan bundan əvvəl Türkiyədən "Bayraktar TB2" PUA-ları alıb, "Akıncı"ları isə sifariş edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI