Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Kuleba özünün "Twitter" hesabında məlumat yayıb.
“Ukrayna Prezidenti Zelenski və Türkiyə Prezidenti Ərdoğan arasındakı dialoqa əsaslanaraq, biz taxıl dəhlizinin işləməsini və ukraynalı məhbusların azad edilməsini təmin etmək üçün gələcək addımları koordinasiya etdik”, - nazir bildirib.
Qeyd edək ki, bir neçə saat əvvəl Ərdoğan və Zelenski arasında telefon danışığı olub.