Modern.az

Mask "Twitter" əməkdaşlarının yarısını işdən çıxarır

Mask

Dünya

3 Noyabr 2022, 14:16

Tviter sosial şəbəkəsinin yeni baş direktoru İlon Mask şirkətdə 3700 işçini ixtisar etməyi planlaşdırır.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, şirkət əməkdaşlarının yarısı deməkdir. Maskın 3700 işçini ixtisar etməkdə məqsədi isə xərcləri azaltmaqdır. 

 

Bildirilir ki, İlon Mask şirkət əməkdaşlarına öz qərarı barədə məlumatı noyabrın 4-ü vermək istəyir.

 

O, bundan əvvəl şirkət əməkdaşlarının 75%-ni işindən azad edəcəyini açıqlamışdı.

 

Xatırladaq ki, amerikalı milyarder İlon Mask oktyabrın 28-i tviteri 44 milyard dollara alıb. Milyarder tviteri aldıqdan dərhal sonra bütün rəhbər şəxsləri istefaya göndərərək şirkətin yeganə baş direktoru olub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI