Polşa hakimiyyəti anlamalıdır ki, aqressiya yüksəlsə, müharibə təkcə Belarus ərazisinə toxunmayacaq, bütün Şərqi Avropanı bürüyəcək.
Modern.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi, general-leytenant Aleksandr Volfoviç bəyan edib.
O bildirib ki, bundan Polşa və digər ölkələrin dinc sakinləri əziyyət çəkə bilərlər: “Hansı ki, onlar öz siyasi rəhbərliklərinə bunu bağışlamazlar”.
A.Volfoviç, həmçinin rəsmi Minskin qərb qonşusunun hərbi ritorikasından narahatlığını ifadə edib. “Söhbət Polşanın militarizasiyasından və aqressiv niyyətlərindən gedir”, - deyə o əlavə edib.
Coşqun