Modern.az

ABŞ və Cənubi Koreyadan Kim Çen Ina ETİRAZ

ABŞ və Cənubi Koreyadan Kim Çen Ina ETİRAZ

Dünya

3 Noyabr 2022, 15:46

ABŞ dövlət katibinin müavini Vendi Şerman və Cənubi Koreyanın xarici işlər nazirinin müavini Ço Hyun Donq arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqlarını müzakirə ediblər.

 

V.Şerman Şimali Koreyanın raket sınaqlarının regionun və beynəlxalq birliyin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bəyan edib. Tərəflər KXDR-in təxribatlarına qarşı müttəfiqlərin əməkdaşlıq etməli olduğuna diqqət çəkiblər.

 

Qeyd edək ki, Şimali Koreyanın bu gün ümumilikdə 3 raket sınağı həyata keçirdiyi bildirilir. Bu sınaqlar zamanı qitələrarası ballistik raketlərin test edildiyi güman edilir.

 

Coşqun

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI