Ukrayna Ali Radası iki xalq deputatının səlahiyyətlərinə xitam verib.
Modern.az xəbər verir ki, bu barədə xalq deputatı Yaroslav Jeleznyak “Telegram”da bildirib.
"Parlament 18 iyul 2022-ci il tarixində Prezidentin 502/2022 saylı fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilmiş xalq deputatları İ. İ. Vasilkovski və V. Z. Rabinoviçin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib", - deputat yazıb.
Onun sözlərinə görə, müvafiq qərarların lehinə 292 və 304 xalq deputatı səs verib.
"Beləliklə, hazırda Radada 417 xalq deputatı qalıb", - Jeleznyak əlavə edib.
Qeyd edək ki, Vadim Rabinoviç Ukraynada fəaliyyəti qadağan edilmiş Rusiyayönlü Müxalifət Platforması - Ömürlük partiyasının liderlərindən biri idi.
Rabinoviçin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bir neçə gün əvvəl ölkəsini tərk etdiyini bildirib.
İqor Vasilkovski 139 saylı seçki dairəsi üzrə (Odessa vilayəti) Xalqın qulluqçusu partiyasından parlamentə seçilmişdi