"Twitter"in hazırkı sahibi İlon Maskın “mavi tık” üçün aylıq 8$ ödəniş təyinatı narazılıqla qarşılanıb.
Modern.az xəbər verir ki, Mask sosial şəbəkə istifadəçilərinin narazılığına özünəməxsus cavab verib.
O paylaşdığı fotoda bildirib ki, 8$ cəmi bir fincan kofenin qiymətidir.
"Bir fincan kofe 30 dəqiqəyə bitir, “mavi tık” isə 30 gün davam edir", - Mask qeyd edib.