Modern.az

Rusiyanın "çirkli bomba" iddiaları yalan çıxdı

Rusiyanın

Dünya

3 Noyabr 2022, 19:23

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynanın tələbi ilə ölkənin üç obyektində yoxlama işləri aparıb.

 

Modern.az xəbər verir ki, təşkilat Rusiyanın "çirkli bomba" iddiaları ilə bağlı heç bir əlamətin olmadığını bildirib.

 

“İndiyə qədər əldə etdiyimiz nəticələrin texniki və elmi qiymətləndirilməsinə görə bu üç yerdə elan olunmamış nüvə fəaliyyətinə və materiallarına dair heç bir əlamət yoxdur", - təşkilatın baş direktoru Rafael Qrossi qeyd edib.

 

Xatırladaq ki, Rusiya Ukraynanın üç obyektində "çirkli bomba" hazırlandığını iddia edib. 

 

"Çirkli bomba" dedikdə adi partlayıcı qurğulara radioaktiv maddələrin qarışdırılması nəticəsində əldə olunan bombalar nəzərdə tutulur.

 

 Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI