NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Türkiyəyə səfər edib.
Modern.az xəbər verir ki, baş katib İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüş zamanı Ukraynada son vəziyyət və taxıl sazişi müzakirə olunub.
"Görüşümüz zamanı Ukraynadakı vəziyyəti və taxıl sövdələşməsini müzakirə etdik. Problem cənab Prezidentin rəhbərliyi ilə həll olundu. 20 gündən sonra taxıl müqaviləsi uzadılmalıdır. Biz sazişin fasiləsiz işini təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, - Çavuşoğlu deyib.