Ukrayna qüvvələri cənubda yerləşən strateji əhəmiyyətə malik Xerson şəhərini rus qoşunlarından geri ala bilər.
Modern.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.
Ostin Rusiya qüvvələrinin şəhəri tərk etməyə hazır olub-olmaması ilə bağlı suala cavab verməyib.
“Ukraynalıların Dnepr çayının qərb tərəfində və Xersonda qalan əraziləri ala bilməyəcəyi məsələsində mən, şübhəsiz ki, onların bunu etməyə qadir olduğuna inanıram”, - Ostin Pentaqonda keçirilən mətbuat konfransında deyib.
"Ən əsası, ukraynalılar bunu etmək imkanlarına malik olduqlarına inanırlar. Biz onların suveren ərazilərini geri almaq üçün çox metodik, lakin effektiv səy göstərdiklərini görürük", - o əlavə edib.
Akif İsmayılov