“Vətən müharibəsinin növbəti ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezienti Fuat Oktay deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının azad olunması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün şərait yaranıb: “Buna mane olmaq istəyən güclər lazımi cavabını alacaq".
F.Oktay bildirib ki, Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın təkliflərinə adekvat cavab verməlidir.