Modern.az

Vardanyanın yeni "vəzifə"si təsdiqləndi

Vardanyanın yeni

Dünya

4 Noyabr 2022, 22:18

Rusiyadan Xankəndi şəhərinə köçən erməni biznesmen Ruben Vardanyan qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Arayik Arutyunyan Vardanyana bu "vəzifə"ni təklif etmişdi.

 

İş adamı Vardanyan Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə məktəbinin ilk rəhbəridir. 

 

Bu ilin sentyabr ayında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçmək niyyətində olduğunu açıqlamışdı.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI