ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya səfər edib.
Modern.az xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.
Səfər əvvəlcədən elan olunmayıb. O, Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və Prezident ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
Görüşlərdə müzakirə edilən mövzular, səfərin digər təfərrüatları barədə məlumat verilməyib.