Modern.az

G7 ölkələrindən Çinə xəbərdarlıq və əməkdaşlıq MESAJI

G7 ölkələrindən Çinə xəbərdarlıq və əməkdaşlıq MESAJI

Dünya

4 Noyabr 2022, 23:25

"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüş zamanı Ukraynadakı vəziyyət, Çin və digər mövzular müzakirə edilib.

 

Dünyanın ən zəngin yeddi demokratik ölkəsinin xarici işlər nazirlərinin iki günlük görüşündən sonra birgə bəyannamə qəbul edilib.

 

G7 ölkələri Şərqi və Cənubi Çin dənizlərində yaranan vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildiriblər. Yekun sənəddə üzv ölkələr Çini hədə-qorxu gəlməkdən və güc tətbiqindən çəkinməyə çağırıb. Ölkələr Tayvan boğazında sülh və sabitliyin vacibliyini bir daha vurğulayıblar: “Biz status-kvonu güc və ya zorla dəyişdirmək üçün hər hansı birtərəfli cəhdlərə qəti şəkildə qarşıyıq”.

 

Bununla yanaşı, qlobal sağlamlıq və iqlim problemlərini həll etmək üçün mümkün olduğu yerlərdə Çin ilə əməkdaşlıq etməyin zəruriliyi qeyd olunub.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI