Modern.az

Həmkarını təhqir edən deputata ağır cəza verildi

Həmkarını təhqir edən deputata ağır cəza verildi

Dünya

5 Noyabr 2022, 00:22

Fransa parlamentinin iclasında deputatlar arasında gərginlik yaşanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin iclasında LFI partiyasından olan Afrika əsilli qaradərili deputat Karlos Martens Bilonqo çıxış edərkən, ifrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Qreqoire de Fournas onun sözünü kəsib və təhqir edib.

 

"Afrikaya qayıdın" deyə qışqıran deputatın müdaxiləsindən sonra sessiya dayandırılıb.

 

Parlamentin intizam komissiyası ifrat sağçı deputata qanunverici orqanın nizamnaməsində nəzərdə tutulan ən ağır cəzanı verib.

 

Belə ki, Fournas 2 ay maaşının yarısını alacaq və 2 həftə parlamentin iclaslarına qatıla bilməyəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI